İmişli Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, qızını tövlədə saxladığı iddia olunan Zakir adlı şəxs artıq müəyyən edilib.
O, rayondakı bazarın mühasibidir. O, polisə açıqlamasında deyib:
“Bu şantaj xarakterli məlumatdır, bizə şər yaxırlar. Hazırda qızım evdədir, çay içir, gəlib baxa bilərsiniz”.
Şöbədən əlavə edildi ki, həmin evə polis əməkdaşları göndəriliblər. Araşdırma aparılır.
16:41
Azərbaycanda misli görünməmiş ana faciəsi yaşanır. İmişli rayonunun Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası və qardaşı tərəfindən tövlədə saxlanılır.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, iki ildir tövləyə salınan 30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir, yemək və su ona sinidə aparılır.
Kənd sakinlərinin verdikləri məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallıı qadın iki ildir yeməyi o formada qəbul edir. Qadının faciəsi bir müddət əvvəl başlayıb.
İki övladı olan ana ərini və uşaqlarını ataraq sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə, uşaqlarının yanına gətirib.
Lakin bir müddət sonra həmin qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası Zakir və qardaşı sevgilisindən alaraq evə gətirib tövləyə salıblar. Qadın əzizlərindən bağışlanmasını yalvarsa da, atası onun yaşamaq haqqı olmadığını deyir.