Bakıda Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi işinə başlayıb.
Oxu.Az xəbər verir ki, sentyabrın 11-dək davam edəcək tədbirin ikinci günündə müxtəlif mövzularda panel sessiyalar, dəyirmi masalar keçiriləcək.
Belə ki, "Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi", "Süni intellektin çoxsaylı təhlükələr üzrə Erkən Xəbərdarlıq Sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları", "Rəqəmsal transformasiya və süni intellekt: İqlimə dözümlü kənd təsərrüfatının qurulması", "COP29-dan İqlim Həftəsinə doğru: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu" və "İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru" mövzularında panel sessiyalar baş tutacaq.
Həmçinin "Fəaliyyətdə olan "Harmoniya": İqlimə dözümlü kənd təsərrüfatı üçün tərəfdaşlıq", "Gənclərin İqlim Forumu: I Dəyirmi masa - Öhdəliklərdən icraya: COP31-ə doğru", "Gənclərin İqlim Forumu: II Dəyirmi masa - İqlim - süni intellekt: Texnologiya iqlim böhranını həll edə bilərmi?" mövzularında dəyirmi masaların keçirilməsi gözlənilir.
Qeyd edək ki, dünən "Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması" mövzusuna həsr olunub.
Xatırladaq ki, IV İqlim Həftəsinin açılış mərasimi sentyabrın 9-da keçiriləcək.
Daha çox foto burada: PhotoStock.az