Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva sosial şəbəkədə yeni foto paylaşıb.
Oxu.Az xəbər verir ki, Leyla Əliyeva həyat yoldaşı bəstəkar-müğənni Eminin “Sea Breeze”də baş tutan konserti zamanı çəkilən fotonu şəxsi İnstagram səhifəsində yerləşdirib. Həmin fotoda rusiyalı müğənni, “A STUDİO” qrupunun solisti Keti Topuriya da yer alıb.
