Mədəni irs haqqında yeni qanun layihəsi hazırlanır.
Oxu.Az xəbər verir ki, bunu Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov "Mədəniyyət və hüquq: Müasir çağırışlar forumu" çərçivəsində baş tutan "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" adlı panel müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq olunub:
"Həmçinin qeyd etməliyəm ki, mədəni hüquq sahəsi üzrə mütəxəssislər azdır. Mədəniyyət geniş sahədir. Həmçinin layihə üzərində işləyərkən yeni çağırışların da olduğunu görürük".
Aqil Vəlili