Bakı şəhəri üzrə Təhsil İdarəsi bu gün məktəblilərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın məlumatına görə, Təhsil İdarəsindən bildirilir ki, 71 nömrəli məktəbin uzaq məsafədə yaşayan şagirdləri məktəbə gətirilib-aparılmaları üçün özəl avtobus xidmətindən istifadə edirlər.
Bu gün səhər saatlarında məktəbə gələrkən qəza baş verib, 10-a yaxın şagird xəstəxanaya aparılıb, yüngül xəsarət alması səbəbindən hazırda hamısı evə buraxılıb.
11:37
Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən Report-a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib.
Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.
“Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb”, - xəstəxanadan bildirilib.
E.Ə.
www.oxu.az