Koronavirus pandemiyası səbəbindən ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, onlayn müsahibələrə Bakı şəhəri üzrə mayın 4-də, digər şəhər və rayonlar üzrə isə mayın 7-də başlanılıb.
Bəzi bölgələrdə internet problemi yaranıb. Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxıb.
O qeyd edib ki, yaşadığı kənddə internet zəif olub:
“Mən dağın başına çıxıb, Arvana həmsərhəd olan kəndə gəlmişəm”.