Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazirlikdən çimərliklərə gedənlərə ÇAĞIRIŞ
Xəzər sahilindəki çimərliklərin acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalınır.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşım edib.
"Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq kimlərinsə hara gəldi atdığı zibillərlə. İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən?
Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə, sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini yerə atmaz... Atmaz da, atmaz, amma atırıq ki, atırıq. Əfsus…
Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız", - deyə qurum rəsmisi paylaşımında qeyd edib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Zaqataladakı ağacların kəsilməsinə görə cinayət işi açıldı: Vəzifəli şəxs işdən çıxarıldı
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Bəzi metro stansiyalarına yeni adlar veriləcək
- Xidmət rəisi: "Dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var"