Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə aydınlıq gətirib.
Ölkə.Az-ın əməkdaşı ilə söhbətində o, bunun jurnalistlərin uydurması olduğunu bildirib.
“Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”, - deyə Ş.Quliyev bildirib.
Jurnalistin “Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”, - sualına o, belə cavab verib:
“Hələlik belə bir fikrimiz yoxdur”.
Daha sonra o, Bakıda ev olsa belə, paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.
Nərminin atası ilə anasının ziddiyyətli cavabları: Biri dediyini digəri inkar edir - VİDEO
Rəylər