İyul ayının 1-də beş yaşını qeyd edən Oxu.Az ölkənin rəqəmsal reklam bazarının lideri “New Media” ilə əməkdaşlığa başlayıb.
Qeyd olunan tarixdən Oxu.Az saytında reklam xarakterli bannerlərin yerləşdirilməsi üzrə eksklüziv hüquqlar “New Media” şirkətinə məxsusdur.
Hazırda gündəlik 120-150 min unikal izləyici və 1,5 milyonu ötən baxış sayı ilə ölkə mediasında ilk pillələrdə qərarlaşan Oxu.Az banner reklamlarının yerləşdirilməsi üçün ən uğurlu platformalardan hesab olunur.
“New Media” şirkəti 2009-cu ildən etibarən fəaliyyətdə olan ilk ixtisaslaşdırılmış media satış evidir.
“New Media” şirkəti vasitəsilə şəffaf hesabat forması ilə reklamınızın effektivliyini görüb ölçə biləcəksiniz. Şirkətin köməyilə rəqiblərinizdən çevik davranaraq, daha tez marketinq aktivliyi həyata keçirə biləcəksiniz.
Rəqəmsal reklam bazarının lideri və 10 il təcrübəsi olan agentlik sizə ən yaxşı nəticə vermək üçün əlindən gələni edəcək.
Əlaqə: +994125974851/52;
E-mail: sales@newmedia.az
Web: www.newmedia.az