Quba rayonunda yol qəzası baş verib.
“Report”un şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun giriş hissəsində qeydə alınıb.
Belə ki, işıqforlu yol kəsişməsində iki avtomobil toqquşub, nəticədə 5 nəfər xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.