Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rektor: "Qarabağ Universitetində xarici tələbələr də təhsil alacaqlar"
"Qarabağ Universitetində növbəti illərdə magistratura və doktorantura səviyyəsində qəbul aparılacaq".
"Report" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları ilə görüşdə deyib.
Rektor bildirib ki, növbəti illərdə xarici tələbələrin də Qarabağ Universitetinə qəbulu həyata keçiriləcək:
"Diaspor gənclərimizdən gözləntilərimiz odur ki, universitetin tanıtımı üçün yardım göstərsinlər. Bizim həmçinin gözləntimiz ondan ibarətdir ki, Qarabağımızın adını daşıyacaq bu universitet müasir bir təhsil ocağı olaraq Azərbaycan ali təhsilini dünyada ən yaxşı səviyyədə təmsil etsin".
"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?
- Əli Əsədov: "Tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir"
- Təhsil naziri son zamanlar gündəmi zəbt edən direktorlarla bağlı qalmaqallardan DANIŞDI
- 20 ilə yaxın ABŞ-də çalışmış şəxsə Qarabağda yüksək VƏZİFƏ VERİLDİ
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI