Paytaxtın bəzi yerlərində qaz olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12