Şəmkirdə bir nəfər ehtiyatsızlıq nəticəsində körpüdən çaya yıxılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Keçili kəndi ərazisində, Şəmkir çayının üzərindəki körpüdə baş verib.
İlkin məlumata görə, "QAZel" markalı avtomobildə nasazlıq yaranıb. Sərnişinlərdən biri, Qaracəmirli kənd sakini Şəhriyar Paşayev avtomobilin təmiri üçün lazım olan məftili tapmaq üçün yolla hərəkət edərkən ehtiyatsızlıqdan körpüdən 30 metr aşağı, suyu quruyan çaya yıxılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Məlumata görə Ş.Paşayev və "QAZel" avtomobilində olan yoldaşları toydan qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev