Dünən günorta saat 2 radələrində, Ukraynanın Xarkov şəhərinin “Konnıy rınok” adlı ərazisinin avtomobil dayanacağının qarşısında döş qəfəsindən bıçaqla xəsarət yetirilmiş kişi cəsədi aşkarlanıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları qətlə yetirilmiş şəxsin Xarkova qohumlarının ynaına qonaq gəlmiş 21 yaşlı azərbaycanlı olduğunu müəyyənləşdiriblər.
Cinayəti törətməkdə 45 yaşlı Azərbaycan vətəndaşı şübhəli bilinir. Milis əməkdaşları müəyyənləşdiriblər ki, dünən günorta saatlarında bu şəxslər mübahisə ediblər, nəticədə şübhəli şəxs gənc oğlanın ürək nahiyəsinə bıçaqla zərbə endirib.
Faktla bağlı Komintern rayon polis şöbəsinin istintaq şöbəsi tərəfindən Ukrayna CM-in 1-ci maddəsinin 115-ci bəndi üzrə (qəsdən adamöldürmə) cinayət işi qaldırılıb.
Hazırda Sabirabad sakini, 45 yaşlı Əsgərov Seyyub Yusif oğlu axtarılır. Onun Xarkov şəhərində daimi yaşayış yeri yoxdur, Ukrayna DİN-nin Xarkov vilayətinin mətbuat xidməti məlumat yayıb.
Onun əlamətləri: yaşı 40-45, boyu 172 sm, orta bədən ölçülü, saçları qara, bir qədər ağarmış, başının arxa hissəsində tükləri tökülüb. Açıq rəngli idman gödəkçəsi, qara şalvar geyinib, üzərində bıçaq ola bilər.