Xocavəndə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) əməkdaşları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) daimi qayıdışı təmin edilib.
Doğma ocağına dönən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.
Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 41 ailə (163 nəfər) köçürülür.
Doğma yurduna dönən xocavəndlilər respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir.