Ötən gün Bakıda baş verən dəhşətli yanğın zamanı ölənlərdən daha birinin fotosu yayıldı.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu, 21 yaşlı Ülkər Eyvazovadır.
O, Bakı Dövlət Universitetinin tələbəsi olub. Ü.Eyvazova Ekologiya fakültəsində təhsil alıb.
O, həm də Avropa Oyunlarının könüllüsü olub.
Qeyd edək ki, hadisə zamanı onun qardaşı və anası da vəfat edib. Bu, 16 yaşlı Eyvazov Davud Hamir oğlu, Şirinova Zülfiyyə Yavər qızı olub.
Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Kərimova Ayan Anar qızıdır (5 yaş)
Hüseynov Ayxan Şahin oğludur (2 yaş)
Məhərrəmova Fərəh Elnur qızı (2 yaş 7 aylıq )
Bağırov Sahib Rəhim oğlu (46 yaş)
Kərimova Nazilə Malik qızı (39 yaş)
Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
Nəcəfzadə Yaşar Fazil oğludur ( 27 yaş )
Eyvazov Davud Hamir oğlu (16 yaş)
Eyvazova Ülkər Hamir qızıdır (20 yaş)
Həsənova Alla Antonovna (58 yaş)
Utuyevsil Yuri Vladimroviç (67 yaş)
Yəhyayeva Elmira Əliağa qızı (68 yaş)

E.Ə.
www.oxu.az