Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yeniyetmələrin sosial mediaya girişi məhdudlaşdırılır?
Sığınacağa yerləşdirilən 13-17 yaş arası uşaqların əksəriyyəti sosial şəbəkələr vasitəsilə ciddi problemlərlə üzləşirlər. Kimisi virtual tanışlıqla aldadılır, kimisi də əxlaqa zidd hərəkətlərə məruz qalır.
Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
"İl ərzində bizə 150-200 müraciət daxil olursa, bunun 58-60 faizi sosial şəbəkələrin qurbanına çevrilən uşaqlardır", - deyə o bildirib.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Yeniyetmələr nə qədər erotik sayt varsa, hamısına girirlər. Elmdən başqa hər şeylə məşğuldurlar", − sakinlərdən biri söyləyib.
Bu məsələdə əsas məsuliyyət valideynlərin və təhsil müəssisələrinin üzərinə düşür. Əks halda təəssüf ki, yeniyetmələrlə bağlı neqativ xəbərlərin yayıldığının şahidi olacağıq.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər
- "Bitcoin" dəyərsizləşəcək? - Valyuta bazarında ən son vəziyyət AÇIQLANDI
- Xronika: "Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır"
- Allah və insan arasındakı əngəl nədir? - Sosioloq Mail Yaqub izah edir
- Sumqayıtda partlayışla nəticələnən YANĞIN: Xəsarət alan var