18 
Dek
2021
12:52
35
151
5145
Virtual karabakh

“Böyük şəhərdə seks”in aktyoruna qarşı növbəti təcavüz ittihamı - FOTO

18 Dek, 2021
12:52
5145

“Böyük şəhərdə seks”in aktyoruna qarşı növbəti təcavüz ittihamı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha bir ABŞ sakini “Böyük şəhərdə seks” filminin aktyoru Kris Nota qarşı cinsi zorakılıq ittihamı irəli sürüb. Qadının əsl adı açıqlanmayıb, o, mediada Ava kimi təqdim edilib.

Ava bildirib ki, 2010-cu ildə 18 yaşında olarkən 55 yaşlı aktyor onunla zorla cinsi əlaqəyə girməyə cəhd edib. Həmin vaxt qadın Nyu-Yorkdakı “Da Marino” restoranında hostes işləyirmiş, həmçinin müğənnilik edirmiş. Avanın dediyinə görə, aktyor həmişə restorana sərxoş vəziyyətdə gəlib və onu qucağında oturdaraq “toxunmağa” çalışıb.

Bir dəfə iş növbəsi bitdikdən sonra Avanın meneceri ona maaşını yolu mətbəxdən keçən ofisdə alacağını bildirib. Qadın pulu alanda otaqda işıqlar sönüb və bu an Kris Notu yanında görüb.

“O, elə davrandı ki, sanki biz qəsdən gizli şəkildə ora yolumuzu birlikdə salmışıq”, - deyən qadın bundan sora Notun ona qarşı təcavüzkar xarakterli hərəkətlər etməyə başladığını əlavə edib.

“O, “yox”u eşitmirdi, ancaq “burada olmaz” deyəndə mənə qulaq asdı və onunla başqa yerdə görüşəcəyimə inandırdım”, - deyə Ava əlavə edib.

Qadının sözlərinə görə, bundan sonra o, ofisdən çıxa bilib və Not ilə bir daha görüşməyib.

Ava hadisəni valideynlərinə danışıb və onlar restoranın rəhbərliyi ilə əlaqə saxlayıblar.

Restoranın sahibi qadının iddialarını rədd edib (bunu təsdiqləmək mümkün olmayıb, restoranın ovaxtkı sahibi dünyasını dəyişib). Ava bu barədə dostlarına, onlardan biri də öz növbəsində bu barədə “The Daily Beast”ə danışıb.

Mənbə: Meduza

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri