22 
Dek
2021
03:25
31
85
3368
Virtual karabakh

Adı təcavüz qalmaqalında hallanan aktyor məşhur serialdan qovulub - FOTO

22 Dek, 2021
03:25
3368

Adı təcavüz qalmaqalında hallanan aktyor məşhur serialdan qovulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Kris Not bir daha “The Equalizer” serialında görünməyəcək.

Bu barədə serialı çəkən “Universal Television” studiyası və CBS telekanalının birgə bəyanatında deyilir.

Kris Not  “The Equalizer” filmində keçmiş MKİ direktoru və Kuin Latifanın canlandırdığı baş qəhrəmanın dostu rolunu oynayıb.

Aktyorun serialın bundan sonra yalnız bir epizodunda görünəcəyi güman edilir.

Serialın yaradıcıları Notun serialdan çıxarılmasının səbəblərini açıqlamayıblar. Lakin qərar bir neçə qadının aktyoru cinsi təcavüzdə ittiham etməsindən dərhal sonra verilib.

Bundan əvvəl zorakılıq ittihamları fonunda onun maraqlarını təmsil edən “A3 Artists” agentliyi Notla əməkdaşlıqdan imtina edib. İdman avadanlığı istehsalçısı “Peloton” isə “Sex and the City” filminin davamı olan “And Just Like That...” filminin buraxılışından sonra yayımlanan və aktyorun yer aldığı reklamı yığışdırıb.

Mənbə: The New York Times

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri