14 
İyn
2023
23:11
58
111
1025
Virtual karabakh

Sabah Heydər Əliyev Mərkəzində beynəlxalq Bakı Piano Festivalının açılışı olacaq - YENİLƏNİB + FOTO

14 İyn, 2023
23:11
1025

Sabah Heydər Əliyev Mərkəzində beynəlxalq Bakı Piano Festivalının açılışı olacaq - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 15-də Heydər Əliyev Mərkəzində beynəlxalq Bakı Piano Festivalının açılışı olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Landmarkda ikinci beynəlxalq Bakı Piano Festivalının mətbuat konfransında bildirilib.

Mətbuat konfransında festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli festivalın maraqlı musiqi proqramlarını qeyd edib, tədbirin bütün tərəfdaşlarına və sponsorlarına minnətdarlığını bildirib.

İyunun 15-də Heydər Əliyev Mərkəzində Şahin Növrəsli və məşhur fransız pianoçusu Helen Mersyerin birgə konserti ilə festivalın təntənəli açılışı olacaq.

Helen Mersye Azərbaycanda ilk dəfə çıxış edir. O, mətbuat konfransında Azərbaycan mətbəxi və memarlığı haqqında ilk təəssüratlarından danışıb, həmçinin dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakı ilə bağlı xatirələrini xatırladıb.

Mətbuat konfransında Avstriya, Braziliya, Macarıstan, Latviya və Fransa səfirliklərinin rəhbərləri və nümayəndələri də çıxış edərək, festivalın ölkələr arasında mədəni əlaqələrin inkişafındakı rolunu qeyd ediblər, öz ölkələrindən iştirak edən musiqiçilərin proqramları barədə qısa məlumat veriblər.

Fransanın Azərbaycandakı səfiri Ann Boillon festivalın ölkələrin mədəni əməkdaşlığı üçün əhəmiyyətini qeyd edib və festivalın təşkilatçılarına təşəkkürünü bildirib: “Bu, bizim üçün böyük şərəfdir. Bütün qəlbimlə bu layihənin daha da çiçəklənməsini arzulayıram və ümid edirəm ki, ifaçılarımız bu layihədə çıxışlarını davam etdirəcəklər”.

Builki festivalın əvvəlkindən fərqi daha rəngarəng və zəngin proqramdır. Festivalda incəsənət tədbirləri və film nümayişləri olacaq. Kinorejissor Oqtay Mirqasımov və Latviyanın Azərbaycandakı nümayəndəsi Viya Buşa kino proqramlarının kuratoru Ülvi Mehdinin təşəbbüsünü qeyd ediblər. Festivalın proqramına “Bu həqiqətin səsidir. Qara Qarayev” kino-essesinin, eləcə də Latviya musiqi mədəniyyətinin banisi Oskar Ştrokun xatirəsinə həsr olunmuş “Taper” filminin yubiley nümayişi daxildir.

Bakı Piano Festivalı təkcə piano virtuoz musiqiçilərinin sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər - klassikdən tutmuş flamenkoya və tanqoya qədər istənilən musiqisevər üçün əla seçimdir.

18:36

II Bakı Beynəlxalq Piano Festivalına hazırlıq prosesilə tanışlıq üçün mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Piano Festivalında Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan qatılan tanınmış musiqiçilər çıxış edəcəklər.

Festival iyunun 15-i başlayıb, 29-dək davam edəcək. Tədbirin məqsədi dünyanın hər yerindən ən yaxşı musiqiçiləri nümayiş etdirərək, ölkələrin xalqlarını mədəni şəkildə bir araya gətirməkdir.

Tədbirdən öncə keçirilən mətbuat konfransından görüntüləri təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri