Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şərqdə ilk opera yazan bəstəkar qadın
Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.
Oxu.Az xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib.
O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqilərinin müəllifidir.
1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
Şəfiqə Axundova 2013-cü ildə, iyulun 26-da vəfat edib.
"Hindistan" teqi üzrə xəbərlər
- Çindən Hindistana "Əjdaha və filin tanqosu" çağırışı
- Hindistanda fişəng istehsalı fabrikində partlayış: Xeyli sayda ölən var
- İtaliya Superkubokunun keçiriləcəyi ölkə dəyişdirilə bilər
- Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək
- Ukrayna XİN: "Bu il münaqişəyə son qoymağa hazırıq"