Səyahət zamanı çəkilən fotoların təqdim olunduğu “Travel Photographer” müsabiqəsinin qalibi açıqlanıb.
Bu, sloveniyalı fotoqraf Andreya Ravnakdır. O, ölkəsinin tarlalarının fotoşəkillərini, eləcə də İtaliya və Çexiyada mənzərələri qeydə alıb.
Gənc fotoqraf kateqoriyasında qalib 14 yaşlı Kayden Şepard Çoy olub. O, sənət və vizual jurnalistikanın kəsişməsində insanların gündəlik həyatından emosional anları əks etdirən əsərləri təqdim edib.
Ümumilikdə müsabiqəyə vulkanın kraterindən tutmuş heyrətamiz mənzərələrə, tropik və sualtı dünyanın sakinlərinə qədər ən rəngarəng əsərlər təqdim olunub.
Mənbə: News.ru