İngiltərədə Silverton ailəsində 101 ildən sonra ilk dəfə qız uşağı dünyaya gəlib. Bu qəribə ailədə 4 nəsil boyunca oğlan uşaqları doğulub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, ailədə qız uşaqlarının doğulması sonuncu dəfə 1913-cü ildə olmuşdu. Həmin vaxt İngiltərə taxtında Kral VI Corc otururdu.
O zaman heç 1-ci dünya müharibəsi də baş verməmişdi.
Sadəcə 10 mində bir ehtimalı olan bu hadisənin tilsimi bir əsr sonra qırıldı. Jeremy Silverton (43 yaş) və həyat yoldaşı Daniella Andreyusun (36 yaş) qızı Poppi dünyaya gələn zaman ölkə gündəmindən düşmədilər.
