NASA astronavtı Donald Pettit 7 aylıq kosmik missiyadan sonra Yerə qayıdıb. Bu, onun 70-ci doğum günündə baş verib.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, Pettit ABŞ-nin ən qocaman aktiv astronavtıdır. O və iki rusiyalı kosmonavt 7 aylıq missiyalarını Beynəlxalq Kosmik Stansiyada (BKS) yerinə yetiriblər.

Pettit, eləcə də Aleksey Ovçininin və İvan Vaqnerin olduğu "Soyuz MS-26" kosmik gəmisi aprelin 20-də Qazaxıstana eniş edib.
Ekipajın 7 aylıq elmi missiyası 11 sentyabr 2024-cü ildə başlayıb. Gəmi 220 günlük kosmik uçuş zamanı Yer ətrafında 3 520 dövrə vurub.