Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

7 il evli olan cütlük bacı-qardaş çıxdı
Braziliyada elə Braziliya seriallarına bənzəyən qeyri-adi hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, televiziya proqramlarından birində anasını axtaran qadının əri ilə bacı-qardaş olduqları məlum olub.
Məlumata görə, hər ikisi yetimxanada böyüyən Adriana və Leonardo cütlüyünün anası eyni qadın olub.
Bu xəbər qarşısında şoka düşən cütlük boşanmayacaqlarını, birlikdə anaları ilə görüşməyə gedəcəklərini açıqlayıblar.
Qeyd edək ki, artıq 7 ildir ailəli olan cütlüyün 6 yaşlı qızları da var.
Mütəxəssislər isə “Genetic sexual attraction” (Genetik cinsi cazibə) nəzəriyyəsinə görə, yetkin yaşda ilk dəfə qarşılaşan bu cür qohumların bir-birinə yaxınlıq hiss etməsini mümkün sayır.