Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

79 sakinli kənd 45 qaçqının qəbuluna qarşı: Almaniyanın kiçik kəndində böyük münaqişə
Almaniyada cəmi 79 nəfərin yaşadığı kiçik Quntsesrid-Zeqe kəndində (Bavariya) ciddi münaqişə alovlanıb. Hakimiyyət burada 45-ə qədər qaçqını yerləşdirməyi planlaşdırır. Bu isə yerli sakinlər arasında qəzəb fırtınası yaradıb.
Oxu.Az-ın "Bild" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Blaykax-Quntsesrid icmasının meri Kristof Endres danışıb.
Onun sözlərinə görə, qaçqınların yerləşdirilməsi ilə bağlı qərar dairə hakimiyyəti tərəfindən qəbul edilib. Lakin merin fikrincə, bu yer gələnlərin inteqrasiyası üçün tamamilə uyğun deyil.
"Bu şəraitdə inteqrasiya son dərəcə çətindir", - deyə o vurğulayıb və qeyd edib ki, ən yaxın infrastruktur kənddən 8 km məsafədə yerləşir.
Quntsesrid-Zeqe sakinlərinin çoxu narahatdır ki, iş və nəqliyyata çıxışı olmadan qaçqınlar təcrid olunacaqlar. Axı kənd böyük şəhərlərdən və sənaye mərkəzlərindən uzaqda yerləşir.
Yerli sakinlərin narazılığı qaçqınların yerləşdirilməsinə qarşı petisiyaya çevrilib ki, bunu artıq 106 nəfər imzalayıb.
Quntsesrid-Zeqedə qaçqınların taleyi ilə bağlı yekun qərarın 20 aprel tarixində qeyd olunacaq Pasxadan sonra verilməsi gözlənilir.
"Almaniya" teqi üzrə xəbərlər
- Böyük Britaniya və Ukraynanın XİN rəhbərlərinin görüşü təxirə salınıb
- Arda Güler hansı kluba transfer oluna bilər?
- Almaniya ordunun zəifliyi və sayına görə həyəcan təbili çalır
- Berlinin mərkəzində ATIŞMA
- Boden gölünün dəhşətli sirləri: Dayazlaşma 100-dən çox insanla bağlı qorxunc tapıntılara səbəb oldu