Detroyt (ABŞ) aeroportunda biomaterial qaçaqmalçılığında və yalan ifadə verməkdə şübhəli bilinən çinli alim saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The New York Post" yayıb.
"Çensyuan Xan biomaterial qaçaqmalçılığında və yalan ifadə verməkdə şübhəli bilinir", - məlumatda deyilir.
Məhkəmə sənədlərinə görə, ABŞ sərhəd xidməti onun Çindən içərisində yumru soxulcan olan bioloji materialdan ibarət dörd bağlama göndərdiyini aşkar edib.
Qeyd edək ki, Xan son həftələr ərzində bioloji material qaçaqmalçılığında ittiham edilmiş üçüncü təhqiqatçı olub.