Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də daha bir partiya prezidentliyə namizədini irəli sürdü
ABŞ-nin Yaşıllar Partiyası həkim, ekoloji fəal, Ukraynaya hərbi və maliyyə yardımı göstərilməsinin əleyhdarı Cil Steyni ölkə prezidentliyinə namizəd kimi irəli sürüb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu qərar "YouTube"da yayımlanan partiya qurultayının yekunlarına əsasən qəbul edilib.
Tədbir videokonfrans formatında keçirilib. Steynin namizədliyini 267 nəfər dəstəkləyib.
74 yaşlı Steyn artıq 2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb və o zaman bir faiz səs toplaya bilib.
Qeyd edək ki, hazırda ABŞ prezidentliyinə başlıca namizədlər Demokratlar partiyasından hazırki vitse-prezident Kamala Harris, Respublikaçılardan isə eks-prezident Donald Trampdır.
ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
"ABŞ-də prezident seçkisi" teqi üzrə xəbərlər
- Tramp 2020-ci ildən bəri ABŞ-də seçkidə baş verən ən böyük qalmaqaldan danışdı
- Donald Trampın böyük oğlu 2028-ci ildə prezidentliyə namizəd göstərilib
- Tramp üçüncü dəfə prezidentliyə namizədliyi məsələsindən danışdı
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- ABŞ-də Trampın üçüncü müddətə necə qala biləcəyi açıqlandı