ABŞ məhkəməsi 2021-ci ildə öldürülən Haiti prezidenti Jovenel Moizin oğurlanması və ya qətli məqsədilə qurulan sui-qəsd planında ittiham olunan dörd nəfəri təqsirli bilib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hökm ABŞ-nin Florida ştatının cənub dairəsi üzrə federal məhkəməsi tərəfindən çıxarılıb.
Məlumata görə, məhkum olunan şəxslərin hamısı Mayamidə yerləşən "Counter Terrorism Unit Federal Academy" mühafizə şirkəti ilə əlaqəli olublar.
Qaynar xətt:
(055) 224 12 12