ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında kütləvi atışma baş verib, bir nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.
Oxu.Az bildirir ki, bu barədə WKYT telekanalı Leksinqton polisinə istinadən xəbər verir.
Polisin məlumatına görə, xəsarət alanlar arasında dörd yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki böyük şəxs var. Onların xəsarətləri həyati təhlükə yaratmır.
Polis hələlik şübhəli şəxs haqqında heç bir məlumat açıqlamayıb.
Qaynar xətt:
(055) 224 12 12