ABŞ-nin San-Dieqo zooparkının ən yaşlı sakini olan, "Qramma" ləqəbli Qalapaqos tısbağası 141 yaşında ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "AP News" nəşri yazıb.
Zoopark administrasiyasının məlumatına görə, tısbağa iki dünya müharibəsi və 20 ABŞ prezidentini "görüb".
Qeyd edək ki, vəhşi təbiətdə Qalapaqos tısbağaları 100 ildən çox, zooparklarda isə demək olar ki, iki dəfə çox yaşayır. Rekord 175 ilə qədər yaşayan "Qarriet" tısbağasına məxsus olub.