ABŞ-nin San-Dieqo şəhərində yerləşən İslam mərkəzində baş verən silahlı insident nəticəsində üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən şəhər polis idarəsinin rəhbəri Skott Uol üç nəfərin öldüyünü təsdiqləyib.
Onun sözlərinə görə, hadisədən qısa müddət sonra polis əməkdaşları küçənin ortasında dayanmış şübhəli bir avtomobil aşkarlayıblar. Nəqliyyat vasitəsinin içəriisində hücumda şübhəli bilinən iki nəfərin meyiti tapılıb.
Skott Uol əlavə edib ki, hüquq-mühafizə orqanları əksini sübut edən faktlar ortaya çıxana qədər bu qanlı hadisəni nifrət zəminində törədilmiş cinayət kimi araşdırırlar.
ABŞ-nin San-Dieqo şəhərində yerləşən İslam mərkəzində atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC 7" telekanalı məlumat yayıb.
Hadisə yerinə polis əməkdaşları və digər mütəxəssislər cəlb olunublar.
Hazırda ölən və ya yaralananlar barədə məlumat verilməyib.
San-Dieqo meri Todd Qloriya "X" sosial şəbəkəsində hadisədən xəbərdar olduğunu bildirib.