Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İrandan İsrailə yeni hücum: 35 raket buraxıldı - Azı 86 nəfər yaralandı
İyunun 22-də səhər saatlarında İrandan İsrailə 35 raket buraxılıb.
Oxu.Az bu barədə "N12" telekanalına istinadla xəbər verir.
Məlumata görə, bu raket hücumu nəticəsində azı 86 nəfər yaralanıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İranın İsrailə səhər hücumunun hədəfi Ben Qurion hava limanı, bioloji tədqiqatlar mərkəzi, eləcə də müxtəlif səviyyəli komanda və idarəetmə mərkəzləri olub.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinada xəbər verir.
SEPAH-ın məlumatına görə, səhər hücumu "Gerçək vəd - 3" əməliyyatı çərçivəsində 20-ci raket zərbəsi olub.
Qeyd olunub ki, İran İsrailə qarşı hücumlarda ilk dəfə "Xeybər" ballistik raketdən istifadə edib.
"Xeybər" qatı yanacaqlı ortamənzilli ballistik raketdir. Onun uçuş məsafəsi təqribən iki min kilometrdir və 1.5 kiloqrama qədər döyüş başlığı kütləsi daşımağa qadirdir.
İran tərəfindən atəşə tutulma nəticəsində İsraildə azı 16 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Magen David Adom" ("Davidin qırmızı qalxanı") milli təcili yardım xidməti məlumat yayıb.
Həkimlər 16 xəsarət almış şəxsi xəstəxanalara çatdırıblar.
Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir, o, qəlpə yaraları alıb.
İranın İsrailə 30-a yaxın raket buraxmasından sonra Hayfa və Təl-Əvivdə güclü partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
"İranın ballistik raketlərindən biri Hayfada yaşayış binalarının yaxınlığına düşüb. Qalın qara tüstü görünür", - deyə bildirilir.
Ən azı iki nəfər yaralanıb. Axtarış əməliyyatları davam etdirilir. Yaşayış binasına ciddi ziyan dəyib. Raket qalıqlarının düşdüyü ən azı on yer məlumdur.
İsraildə yeni raket təhlükəsi elan edilib.
ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda İsrail Müdafiə Ordusu (SAXAL) İrandan raketlərin buraxılması barədə məlumat yayıb.
Oxu.Az bu barədə SAXAL-ın "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır.
SAXAL-ın məlumatında o da vurğulanır ki, sığınacaqları tərk etmək yalnız aydın göstərişlərdən sonra mümkündür.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"