Amerika Birləşmiş Ştatları yanvarın 27-də rəsmi olaraq Paris İqlim Sazişinə üzvlükdən imtina edib.
Oxu.Az xəbər verir ki, məlumatı "Bloomberg" yayıb.
Qeyd edək ki, Prezident Donald Tramp təxminən 200 ölkədə qlobal istiləşməni sənayeöncəsi 2°C-dən çox olmayan səviyyədə məhdudlaşdırmağı öhdəsinə götürən bu sazişə qoşulmaqdan ikinci dəfə imtina edir.
Vaşinqton sənədin qüvvəyə minməsindən bir neçə həftə əvvəl sazişdən çıxdığını elan edib.
Məlumata görə, bundan əvvəl D.Tramp ölkəsinin ətraf mühit, sülh, gender bərabərliyi və demokratiya ilə məşğul olan 60-dan çox təşkilatla əməkdaşlığını sonlandırıb.