Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ Rusiyanı indiyədək görülməmiş sanksiyalarla hədələdi
"Ukrayna münaqişəsinin həllində irəliləyiş olmasa, Vaşinqton Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyi düşünür".
Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, mümkün tədbirlər Rusiya Bankına və Rusiya neftini daşıyan şirkətlərə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur:
"Bu sanksiyalar çox ciddidir. Onlar indiyə qədər gördüyümüz sanksiyalardan daha sərtdir".
Xatırladaq ki, 2022-ci ilin fevral ayının sonundan bəri Rusiyaya qarşı 29 minə yaxın qeyri-ticarət sanksiyası tətbiq edilib, bunun da yeddi mindən çoxu ABŞ-nin payına düşür.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- G7 liderləri Trampın Ukraynada sülh təşəbbüsünü dəstəklədilər
- Kanada Putinin keçmiş arvadı və Yeltsinin qızına qarşı sanksiya tətbiq etdi
- "Spiegel": "Aİ-dəki fikir ayrılıqları Rusiyaya qarşı sanksiyalara əngəllər yaradır"
- Sanksiyalar, yoxsa rahatlıq? - Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
- Trampın nümayəndəsi: "Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"