ABŞ-ın Maliyyə Nazirliyi Ukrayna ətrafında yaranan vəziyyətə görə 38 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.
Məlumatda qeyd olunur ki, sanksiyalara Rusiyanın 19 fiziki şəxsi və 19 təşkilatı məruz qalıb.
Siyahida Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarov da adı var.
S.B.
www.oxu.az