Avropa parlamentinin xarici işlər üzrə Komitəsi Aİ-dən rəsmi olaraq Türkiyənin ittifaqa daxil olmasına dair danışıqları dayandırmağı xahiş edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin illik hesabatında deyilir.
“Türkiyədə bu yaxınlarda keçirilən referendumun nəticələrini və prezident səlahiyyətlərinin artırılmasını nəzərə alaraq, əgər konstitusiya islahatları paketi dəyişiklik olmadan həyata keçirilərsə, Xarici işlər üzrə komitə Avropa Komissiyasını və Aİ-nin milli hökumətlərini Türkiyənin ittifaqa daxil olmasına dair danışıqları təcili olaraq dayandırmağa çağırır”, - sənəddə deyilir.
Komitə üzvləri cari qətnaməyə, demək olar ki, yekdilliklə səs veriblər.
S.S.
www.oxu.az