ABŞ Senatı səs çoxluğu ilə 79 yaşlı milyarder Uilbur Rossu Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Donald Trampın bu namizədi demokrat senatorlar tərəfindən müqavimət görməyib, nəticədə Rossun lehinə 72, əleyhinə isə 27 səs verilib.
Uilbur Ross “N M Rothschild & Sons”un Nyu-York ofisində maliyyəçi kimi başlayıb və iflaslar sahəsində məsləhətçi kimi işlədiyi üçün “iflas kralı” ləqəbini qazanıb. 1990-cı illərin əvvəllərində bir sıra investorların gələcək prezidenti bu biznesdən sıxışdırıb çıxarmağa çalışarkən o, Donald Trampa Atlantik-Sitidə üç kazinosuna nəzarəti qorumağa yardım edib.
“Forbes” jurnalının 2,5 milyard dollar həcmində dəyərləndirdiyi sərvətini Ross iflasa uğramış şirkətlərin səhmlərini alaraq daha sonra satmaqla qazanıb.
N.О.
www.oxu.az