ABŞ “Suriya Demokratik Qüvvələri” adlandırdığı (“Syrian Democratic Forces”, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi texnika tədarük etməyə başlayıb.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.
Bundan əvvəl “Reuters” Vaşinqtonun Rəqqanın azad edilməsi əməliyyatında iştirak edən kürd silahlı dəstələrinə silah tədarük etməyə başladığını bildirib.
“Mən təsdiqləyə bilərəm ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb... İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl prezidenti Donald Tramp Suriya kürd qruplaşmalarına minaatanlar və pulemyotlar da daxil olmaqla ağır silahların tədarük edilməsi planlarını imzalamışdı.
A.S.
www.oxu.az