ABŞ avqust ayında "B61-12" taktiki termonüvə aviabombasının döyüş başlığı olmadan uğurlu sınağını keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyi yanında Sandiya Milli Laboratoriyasının bəyanatında deyilir.
Sınaqlar 19-21 avqust tarixlərində Nevada ştatındakı poliqonda baş tutub.
Qeyd edilir ki, sınaqlar zamanı ABŞ-nin beşinci nəsil "F-35" döyüş təyyarələri qeyd olunan silahları inert döyüş başlığı ilə çatdırıb və atıb.