ABŞ-ın vitse-prezidenti Maykl Pens Birləşmiş Ştatların Venesuelada demokratiyanı bərpa etmək üçün özünün bütün imkanlarından istifadə edəcəyini bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, Kolumbiyada mətbuat konfransı zamanı bəyanat verib.
Pensin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “aydın şəkildə bildirib ki, biz Venesuelada diktaturanın yaranmasına kənardan tamaşa etməyəcəyik”.
Vitse-prezident bildirib ki, Venesuela hökumətinin kollapsı “bütün yarımkürənin və ABŞ xalqının təhlükəsizliyinə və inkişafına təhdiddir”.
N.О.