ABŞ yaxın günlərdə YUNESKO-dan çıxdığını elan etmək niyyətindədir.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
YUNESKO-dan çıxmaq barədə qərar vəsaitlərə qənaət etmək və təşkilatda baş qaldırmış antiisrail fikirlərə etiraz məqsədilə qəbul edilib.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul edilməsindən sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina etmişdi.
N.H.