ABŞ prezidenti Donald Trampın administrasiyası böhtana görə cəzanın sərtləşdirilməsi imkanını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə “ABC News” telekanalının efirində Ağ evin aparatının rəhbəri Rayns Pribus bəyan edib.
“Biz bu məsələni nəzərdən keçirmişik. Dəyişikliklərin nə dərəcədə kardinal olacağını, necə həyata keçiriləcəyi və ya nəyə gətirib çıxaracağına dair suallar isə başqa məsələdir”, - məmur bəyan edib.
Pribusun sözlərinə görə, Amerika KİV-i xəbərlərin verilməsinə bir qədər də məsuliyyətli yanaşmalıdır.
O, həmçinin əlavə edib ki, KİV-in adı çəkilməyən mənbələrə istinadından məyus olub. Trampın Moskva ilə əlaqəsi olmasına dair xəbərlərdən yorulub.
“Media gün ərzində, yeddi gün Rusiya ilə əlaqələr barədə materiallar dərc edir və biz bütün bunları dinləməli oluruq”, - Pribus gileylənib.
N.О.
www.oxu.az