Ağ Evin prezident seçkilərində saxtalaşmaya yol verildiyinə dair çoxsaylı dəlillər var.
Oxu.Az xəbər verir ki, bu barədə Donald Trampın siyasi məsələlər üzrə müşaviri Stiven Miller ABC telekanalına verdiyi müsahibədə bildirib.
“Ağ Ev seçkilərdə fırıldaqçılığın dəlillərini təqdim edib, söhbət birdən çox ştatda yaşayan insanların səsverməsindən gedir”, - Miller bəyan edib.
Onun sözlərinə görə, prosedurda ölən adamların, eləcə də Amerika vətəndaşı olmayan şəxslərin iştirakı qeydə alınıb. “Səs verən ölən şəxslər, ABŞ vətəndaşlığı olmayan şəxslərdir. Seçkilərdə Amerika vətəndaşı olmayan insanların səsinin qeydiyyata alındığını təkzib etməyəcəksiniz”, - müşavir vurğulayıb.
Miller yaranan vəziyyəti qalmaqal adlandırıb və əlavə edib ki, ABŞ seçkilərdə səs hüququ olmayanın səs verməsindən dəhşətə gəlməlidir.
ABŞ-da prezidenti seçkiləri 2016-cı ilin noyabr ayının 8-də keçirilib, seçkilərdə respublikaçı Donald Tramp qələbə qazanıb.
N.О.
www.oxu.az