Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb.
Oxu.Az bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifədə çalışmaq qərarına "yenidən baxmağı" tövsiyə edib. "Axios" jurnalisti Barak Ravid isə "X" sosial şəbəkəsində Zakariyanın "yaxın bir neçə gün ərzində" vəzifəsini tərk edəcəyini yazmışdı.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Keyti Zakariyanın Ağ Evin mətbuat katibi təyin olunduğunu oktyabrın 10-da açıqlamışdı. Onun sələfi Kerolayn Levitt isə ikinci övladının dünyaya gəlməsi və ailəsi ilə daha çox vaxt keçirmək istəyi səbəbindən postunu tərk etmişdi.