Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət
Moskva vilayətinin Lyubertsı rayonunun Malaxovka qəsəbəsində dəhşətli cinayət baş verib. 28 yaşlı Tacikistan vətəndaşı öz 5 aylıq qızını ağladığı üçün döyərək öldürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi xəbər yayıb.
Bildirilir ki, körpənin qışqırığından əsəbiləşən kişi onu vəhşicəsinə döyüb.
"Körpə ağır xəsarətlər alıb və yerindəcə ölüb", - deyə idarədən bildirilib.
Şübhəli şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dərhal saxlanılıb. Ona qarşı "azyaşlının qətli" maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisənin təfərrüatlarını araşdırır.
"Moskva vilayəti" teqi üzrə xəbərlər
- Rusiyada qəribə hadisə: Üzərində üst paltarı olmayan körpə sürünərək maşın yoluna çıxdı
- Rusiyadan qəribə görüntülər gündəm oldu: Qadın uşaq arabası ilə nazik buz üzərində konki sürdü
- İlin əvvəlindən Ukraynanın Rusiyaya ən böyük dron hücumu: Neft emalı zavodu ərazisində yanğın
- Rusiyada qəribə hadisə: Gənc qız "təsadüfən" diş fırçasını udub
- Rusiyada miqrant traktoru qaçıraraq polisə çətin anlar yaşatdı
Ən çox oxunanlar