Almaniyanın iki qırıcısı həyəcan siqnalı ilə səmaya qaldırılıb və on dəqiqəyə yaxın Hindistanın “Jet Airways” şirkətinin Almaniya ərazisi üzərindən Mumbay-London marşrutu üzrə uçan təyyarəsini müşayiət edib.
Oxu.Az xəbər verir ki, bu barədə fevralın 20-də “The Times of India” məlumat yayıb.
Qəzetin məlumatına görə, pilotlar yerli Hava Hərəkəti İdarəsi Xidmətinin çağırışına cavab vermədikdən sonra qırıcılar səmaya qalxıb. Bir neçə dəqiqədən sonra rabitəni bərpa etmək mümkün olub.
Hadisə fevralın 16-da Keln səmasında baş verib. Təyyarənin göyərtəsində 330 sərnişin olub.
Aviaşirkətdə baş verən hadisə təsdiq edilib. “Ehtiyat tədbiri olaraq, təyyarənin və sərnişinlərin təhlükəsizliyi təmin edilməsi məqsədi ilə Almaniyanın HHQ qırıcıları səmaya qaldırılıb”, - daşıyıcının nümayəndəsi bildirib.
Hindistanın Mülki Aviasiya İdarəsi hadisəni araşdırmağa başlayıb.
N.O.
www.oxu.az