Almaniyanın sağçı "Almaniya üçün alternativ" partiyası Hitleri xatırladan siyasətçi Aleksandr Eyxvaldı partiyadan çıxarmaq niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tagesschau" nəşri məlumat verib.
"Öz çıxışında o, barmağı ilə hədələyirdi və gurultulu bir səslə ifrat sağçı şüarlar səsləndirirdi. Onun tonu və davranış tərzi Hitleri xatırladırdı", - deyə nəşr yazıb.
Nəşr qeyd edir ki, Eyxvaldı partiyadan çıxarılmaq təhlükəsi gözləyir: "Görünür, hətta "Almaniya üçün alternativ" özü də onun haqqında kifayət qədər məlumata sahib deyildi".