“Qalatasaray”a qayıtmaq istəyən Arda Turan İstanbul klubuna keçmək üçün “Barselona” ilə danışıqlar aparıb.
“Hürriyet” xəbər verir ki, Arda Turan transferi ilə bağlı icarə əsasında forma geyindiyi “Başakşəhər”dən icazə aldıqdan sonra “Barselona” rəhbərliyini də razı salıb.
Arda Turanla yanaşı, “Qalatasaray”ın daha bir neçə futbolçunu heyətinə cəlb edəcəyi iddialar sırasındadır.
Belə ki, Türkiyə mətbuatı İstanbul nəhənginin “Leypziq”dən Marselo Saraççini icarə əsasında 1,5 il müddətinə heyətinə cəlb edəcəyini qeyd edib.
“Qalatasaray”, həmçinin, Onyekuru və Manuel Da Kosta kimi futbolçularla da heyətini gücləndirməyi planlaşdırır.
Rəylər