Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Astanaya uçan təyyarə Türkiyədə təcili eniş etdi](https://images.oxu.az/2025/02/14/MdPdKMBy5HIPd0lRxLsfxjIdw2iV8bzhPjq6OYLB:1200.jpg)
Astanaya uçan təyyarə Türkiyədə təcili eniş etdi
Türkiyənin "Pegasus" aviaşirkətinin təyyarəsi Ukrayna vətəndaşlarının iştirakı ilə baş verən dava səbəbindən Ərzurum hava limanında məcburi eniş edib.
Oxu.Az bu barədə Türkiyənin NTV telekanalına istinadla xəbər verir.
Məlumata görə, Antalya-Astana reysinin ilk dəqiqələrində Ukraynadan olan cütlük və Qazaxıstandan olan qadınlar arasında mübahisə yaranıb. Münaqişə davaya çevrilib.
Stüardessalar dava edənləri ayıra bilməyiblər. Bundan sonra pilot Ərzurumda məcburi eniş etmək qərarına gəlib.
Hava limanına gələn polis əməkdaşları dörd sərnişini saxlayıb və ifadələrini almaq üçün bölməyə aparıblar. Daha sonra onlar tibbi müayinə üçün xəstəxanaya göndəriliblər.
Bildirilir ki, ukraynalı cütlük və Qazaxıstandan olan qadınlar bir-birlərindən şikayətçi olublar.
Təyyarə yanacaq doldurub Astanaya yola düşüb və bir neçə saatdan sonra uğurla eniş edib.